09 05 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Türkiyədən ABŞ-a SƏRT REAKSİYA

20.03.2018

"Qərb ölkələrinin xahişini yerə salmadıq, 2 ay ərzində Afrdə hərbi əməliyyatı bitirdik"
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Dövlət Departamenti və Pentaqon sözçülərinin Suriyanın Afrin bölgəsindəki durumla bağlı narahatlıq keçirdikləri barədə bəyanatlarına münasibət bildirib.
"Dövran Media" Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, R. T. Ərdoğan bu gün sədri olduğu hakim Ədalət və İnkişaf Partiyasının (AKP) parlamentdəki qrup toplantısında çıxışında deyib ki, Türkiyə ilə strateji tərəfdaş olduğunu bəyan edən ABŞ terrorçularla əməkdaşlıq edir.
R. T. Ərdoğan ABŞ-ın Türkiyənin terrorizmlə bağlı qayğılarına etinasız yanaşdığını bəyan edib: "Türkiyə təhlükəsizliyi ilə bağlı narahatlıqlarını bildirən, bu yerləri terror təşkilatlarından birgə təmizləməyi təklif edən zaman harada idiniz? Siz bizə PKK terror təşkilatının Suriya qolu PYD/YPG ilə əməkdaşlıq edərək İŞİD terror təşkilatını təmizləyəcəyini söyləmişdiniz. "Gəlin İŞİD-i birlikdə təmizləyək" deyəndə bizə inanmamışdınız. Buyurun, indi Türkiyə ordusunun müxalif Azad Suriya Ordusu ilə birlikdə PYD/YPG-ni necə təmizlədiyinə baxın. ABŞ bir tərəfdən Türkiyə ilə strateji tərəfdaş olduğunu deyir, digər tərəfdən terrorçularla əməkdaşlıq edir. Əgər bizimlə strateji ortaqsınızsa, bizimlə bərabər hərəkət edəcəksiniz. Ancaq ABŞ bizi aldatmağa çalışdı. PYD/YPG terrorçularına 5 min yük maşını silah və texnika verdiniz. Biz pulumuzla sizdən silah almaq istəyən zaman bu silahları bizə satmadınız, ancaq terror təşkilatına həmin silahları pulsuz verdiniz. Bu, necə strateji ortaqlıqdır?! İndi terror təşkilatı qaçır, biz qovuruq. Terrorçulara verdiyiniz silahlar da yavaş-yavaş bizim əlimizə keçir, keçəcək"