29 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Öcalanın "evində" AKP ZƏFƏRİ

01.04.2019

PKK lideri Abdullah Öcalanın doğulduğu Şanlıurfanın Halfeti mahalında bələdiyyə seçkilərində 30 il sonra ilk dəfə HDP və ya onunla ittifaqda olmayan bir siyasi partiya qələbə qazanıb.

Bu barədə Türkiyə mətbuatı yazıb.

Ümumilikdə 27 min 30 seçicisi olan mahalda 22 min 48 nəfər səsvermə hüququndan istifadə edib. 6 namizədin yarışdığı mübarizədə AKP və HDP namizədləri arasında qızğın rəqabət gedib. AKP namizədi Şərəf Albayraq ilkin hesablamalardan etibarən HDP namizədi Əbdürrəhman Çiftçini qabaqlayıb. Yekun nəticədə isə 11 min 172 (54.92 faiz) səs toplayan Albayraq 7 min 640 səs (37.56 faiz) toplayan rəqibini üstələyərək tarixi qələbə qazanıb.