29 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Vyana görüşünün nəticələri AÇIQLANDI

01.04.2019

ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiya xarici işlər naziri Miroslav Layçak danışıqlarla bağlı konstruktiv atmosferi və hər iki liderin münaqişənin sülh yolu ilə həlli istiqamətinə gələcək addımlara sadiqliklərini alqışlayıb. ONA-nın ATƏT-in saytına istinadən verdiyi məlumata görə,  bu barədə ötən gün Bratislavada ATƏT sədri ilə Minsk qrupu həmsədrləri arasında keçirilən görüşdə  vurğulanıb.

"Biz liderlərin atəşkəsi möhkəmləndirmək və humanitar sahədə addımlar atmağa dair liderlərin sadiq olmalarına dair açıqlamaları və prosesi pozitiv hesab edir və  tam olaraq dəstəkləyirik”,- deyə M. Layçak bildirib.

Xatırladaq ki, martın 29-da Vyanada Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında ilk rəsmi görüş keçirilib. Görüşdə ATƏT-in Minsk qrupu həmsədrləri və Azərbaycan və Ermənistan xarici işlər nazirləri də iştirak ediblər.