29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ukrayna MSK açıqladı: “Qalib hələ yoxdur...”

01.04.2019

Ukrayna Mərkəzi Seçki Komissiyası protokolların 60 faizinin hesablanmasından sonra rəsmən bəyan edib ki, heç bir namizəd seçicilərin böyük əksəriyyətinin səsini qazana bilməyib.

Ölkədə prezident seçkilərinin ikinci turu keçiriləcək.

"Mən bildirirəm ki, ikinci tur olacaq. Aprelin 21-dək bizim çox az vaxtımız var. Qarşımızda böyük ambisiyalı məsələ dayanır. Biz həmin tarixədək seçkilərin keçirilməsi üçün tələb olunan işləri görməliyik”, – deyə bu gün keçirdiyi brifinqdə Ukrayna MSK-nın sədri Tatyana Slipaçuk bildirib.

Hal-hazırda Ukrayna MSK protokolların 64,49%-ni sayıb. Seçki yarışının lideri Vladimir Zelenski digər namizədlər üzərində səs fərqini artırır, o, artıq 30,41% səsə sahibdir. İkinci yerdə Petro Poroşenko dayanır. O, 16,31% səs toplayıb. "Batkivşina” Partiyasının lideri Yuliya Timoşenko 13,09 faiz səs toplayıb.

Səsvermə bazar günü 20:00-da başa çatıb. İkinci tur aprelin 21-də keçiriləcək.