09 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Putin hədəflərini açıqladı

19.03.2018

Rusiya Prezidenti Vladimir Putin yeni prezidentlik müddətinin əsas hədəflərini açıqlayıb.
"Dövran Media" xəbər verir ki, bu barədə RİA informasiya yayıb.
"Bizim əsas məşğul olacağımız sahələr əlbəttə ki, daxili gündəm, innovasiya xarakteri qatmaqla Rusiya Federasiyasının iqtisadiyyatının artım templərinin qorunması olacaqdır. Sağlamlıq, təhsil, infrastruktur, sənaye istehsalı və digər vacib sahələrdəki bu inkişaf, dediyim kimi, irəli gedə bilmək və vətəndaşlarımızın həyat səviyyəsini yüksəltmək üçündür”, - Putin bildirib.
Putin ölkənin müdafiə qabiliyyətinin təmin edilməsi ilə bağlı olan məsələlərin də həll ediləcəyini vurğulayıb:
"Təhlükəsizlik, ölkənin müdafiə qabiliyyəti ilə bağlı da məsələlər mövcuddur. Bunsuz keçinmək olmaz. Buna baxmayaraq, bizim üçün əsas məsələ daxili gündəmdir”.
Xatırladaq ki, Vladimir Putin 76.68 faiz səslə yenidən Rusiya Federasiyasının prezidenti seçilib.