Seçki məntəqəsində  iki nəfər güllələnib 
    
                          
     
                         31.03.2019
 
    
                        Türkiyənin Malatya vilayətinin Pötürge rayonunda seçki məntəqəsində iki nəfər güllələnib.
Yerli vaxta saat 10.30-da baş verən qanlı hadisə səsvermə zamanı yaranan dava nəticəsində baş verib. Öldürülən şəxslər tapançadan açılan atəşlə vurulub.
Hadisə ilə əlaqədar bölgəyə əlavə təhlükəsizlik qüvvələri cəlb olunub.