Ukrayna ABŞ-dan  yeni silah alır 
    
                          
     
                         30.03.2019
 
    
                        Ukrayna ABŞ-dan yenidən tank əleyhinə olan Javelin raket kompleksini alacaq.
Bu barədə Ukrayna prezidenti Petro Poroşenko məlumat verib. Onun sözlərinə görə, bu raket kompleksinin yeni partiyasının alınması üçün ABŞ hökuməti ilə danışıqlar başa çataraq razılıq əldə olunub.
Xatırladaq ki, Ukrayna Javelin raket kompleksinin ilk partiyasını 2018-ci il mayın 22-də sınaqdan keçirib.