24 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

ABŞ səhv qərar verib

30.03.2019

ABŞ öz əsaslarını yaratdığı dünya nizamını çalxalayır.
Bu sözləri Ərəb Dövlətləri Liqasının baş katibi Əhməd Əbul Qeyt təşkilatın xarici işlər nazirləri səviyyəsində Tunisdə keçirilən toplantısında çıxışı zamanı ABŞ Prezidenti Donald Trampın İsrailin Colan təpələri üzərində suverenliyini tanıması barədə qərarını şərh edərkən söyləyib. Onun sözlərinə görə, müasir dünya nizamı bu prinsiplərə əsaslanmamalıdır. Baş katib qeyd edib ki, ABŞ 1945-ci ildən bu nizamın işlənilməsində və təşviqində birinci iştirak edib, indi isə bu prinsipləri birinci pozur və əsaslarını sarsıdır.
О xatırladıb ki, BMT Təhlükəsizlik Şurası İsrailin Colan təpələri üzərində suverenliyini rədd edən qətnamələr qəbul edib. Əhməd Əbul Qeyt, həmçinin beynəlxalq aləmdə mövqeyindən asılı olmayaraq istənilən dövlətin bu fakta zidd bəyanatının vəziyyəti dəyişməyəcəyini vurğulayıb. ƏDL-in rəhbəri işğalın qanuniləşdirilməsinin "böyük səhv” və özlüyündə cinayət olduğunu diqqətə çatdırıb.