25 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Qardaşı oğlu Şərurlu İsfəndiyarı məhkəməyə verdi

29.03.2019

Azərbaycan məhkəmələrində Şərurlu İsfəndiyar kimi tanınan tanınmış iş adamı İsfəndiyar Axundovla bağlı xeyli işə, müxtəlif məhkəmə iddialarına baxılır.
Report-un əldə etdiyi məlumata görə, onu məhkəməyə verənlərdən biri də doğma qardaşı oğlu Eldəniz Axundovdur.
E.Axundov əmisi ilə torpaq mübahisəsinə görə Xətai Rayon Məhkəməsinə müraciət edərək müvafiq müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə iddia qaldırıb.
Məhkəmə iddianı qismən təmin edib.
Hazırda işə Bakı Apellyasiya Məhkəmədə baxılır.
Qeyd edək ki, qalmaqallı iş adamının adı mətbuatda sonuncu dəfə bu gün hallanıb. Onun aprel döyüşlərində şəhid olmuş polkovnik-leytenant Sənan Axundovun ailəsinə qarşı haqsızlıq etdiyi bildirilir. Məsələdən Birinci vitse-prezident Mehriban xanım Əliyeva da xəbər tutub və onun göstərişi ilə Sənan Axundovun ailəsinə yeni mənzil verilib.