Türkiyə səfirliyinə hücum: Polis axtarışdadır 
    
                          
     
                         19.03.2018
 
    
                        Dövran Media Ria.novostoyə istinadən xəbər verir ki, Kopenhagen polisi dünən səhər erkən saatlarında Danimarkanın paytaxtındakı Türkiyə səfirliyinə "Molotov kokteyli” atan ən az iki nəfərin axtarışındadır. Bu barədə Berlingske nəşri məlumat verib. Qəzet Danimarka polisinin nümayəndəsi Henrik Molla istinadən, səfirliyə yandırıcı maye ilə hücüm etmək istəyən ən azı iki nəfərin hadisə yerindən qacdığını bildirir. O, binanın özünə cüzi zərər vurulduğunu deyib. Güc strukturunun nümayəndəsi onu da əlavə edib ki, polis cinayətkarların axtarışı üçün əlindən gələni edir.