07 05 2024-cu il Bakı 12 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Deputatdan çağırış: "... uşaqlara satışı qadağan edilməlidir”

29.03.2019

Deputat Qənirə Paşayeva Milli Məclisin bu gün keçirilən iclasında 18 yaşına çatmamış uşaqlara enerji içkilərinin satışının qadağan edilməsi təklifi ilə çıxış edib.
Modern.az-ın məlumatına görə, o bildirib ki, çoxlu sayda ailələr, valideynlər 18 yaşına çatmamış uşaqlara energetik içkilərin satışının qadağan edilməsi, qadağanı pozanların cəzalandırılması təklifi və xahişi ilə müraciət edirlər.
Qeyd edib ki, energetik içkilər uşaqların sağlamlığına ciddi zərər vurur, asılılıq yaradır.
"Bu faktorları ciddi narahatlıq doğurduğunu, ailələrin, valideynlərin xahişlərini və energetik içkilərin sağlamlığa vurduğu zərəri nəzərə alaraq bu içkilərin 18 yaşına çatmamış uşaqlara satışı qadağan edilməlidir”.
Q.Paşayeva bildirib ki, energetik içkilərin 18 yaşına çatmamış uşaqların içməməsi tövsiyyəsi ilə Qida Təhlükəsizliyi Agentliyi çıxış edib, həmçinin Ombudsman Milli Məclisə təqdim etdiyi illik hesabatında 18 yaşına çatmamış uşaqlara energetik işçilərin satışının qadağan edilməsi məsələsinə baxılması təklif olunub.
Deputat deyib ki, valideynlər uşaqlarının energetik içkilərdən istifadə etməmələrinə nəzarət etməyin çox çətin olduğunu qeyd edirlər, çünki məktəblərin əksəriyyətinin çox yaxınlığında bu içkilərin sərbəst satışı həyata keçirilir, buna görə də energetik işçilərin 18 yaşına çatmamış uşaqlara satışı tam qadağan edilməlidir. Energetik içkilərin açıq və gizli reklamının çox güclü aparıldığını və bunun Q.Paşayeva energetik içkilərin 18 yaşına çatmamış uşaqlara satışının qadağan edilməsi istiqamətində addımların atılmasının və bu qadağanı pozan şəxslərin ciddi cəzalandırılması müxanizmlərinin qanunvericilikdə öz əksinin tapmasının vacibliyini qeyd edib.
"Uşaqların sağlamlığı, gələcəyi hər şeydən vacibdir, çünki uşaqlar millətimizin gələcəyidir. Müəyyən qrup şəxslərin pul qazanması naminə uşaqlarımızın sağlamlığı, gələcəyi ciddi narahatlıqlarla üzləşməməlidir. Valideynlərin, ailələrin 18 yaşına çatmamış uşaqlara energetik işçilərin satışının qadağan edilməsi ilə bağlı çağırışları nəzərə alınmalı, bu məsələ qanunvericiliklə tənzimlənməlidir. Bu qadağanı pozan şəxslərin ciddi cəzalandırılması mexanizmləri qanunvericilikdə öz əksini tapmalıdır”.