07 05 2024-cu il Bakı 12 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Sabah hava yağıntılı keçəcək

29.03.2019

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakının və Abşeron yarımadasının bəzi yerlərində yağış yağacağı gözlənilir. Arabir güclənən şimal küləyi əsəcək. 
Havanın temperaturu Abşeron yarımadasında gecə 3-5°, gündüz 6-9° isti, Bakıda gecə 3-5°, gündüz 6-8° isti olacaq. Atmosfer təzyiqi 764 millimetr civə sütunundan 768 millimetr civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarının bəzi yerlərində arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı proqnozlaşdırılır. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 1-6°, gündüz 6-11° isti, dağlarda gecə 3-7°, gündüz 0-3° şaxta olacağı bildirilir.