08 05 2024-cu il Bakı 12 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Prezidentlərinin Birgə Bəyanatı təsdiq olundu

29.03.2019

Azərbaycan və Belarus prezidentlərinin 2018-ci il noyabrın 19-da Minsk şəhərində imzalanmış Birgə Bəyanatı təsdiq edilib. 
Bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasının Prezidenti və Belarus Respublikasının Prezidentinin Birgə Bəyanatının təsdiq edilməsi haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb.
Qeyd edilib ki, Azərbaycan ilə Belarus arasında yüksək səviyyəli əlaqələr mövcuddur və bu bəyanatın təsdiq edilməsi iki ölkə arasında münasibətlərin inkişafına mühüm töhfə verəcək.
Daha sonra bəyanat səsə qoyularaq qəbul edilib.