Ankarada yanğın -   ölənlər var  
    
                         .jpg) 
     
                         29.03.2019
 
    
                        					Türkiyənin paytaxtı Ankarada, Ata Sanayi yaşayış massivində yanğın baş verib.
"Habertürk”ün məlumatına görə, yanğında beş nəfər həyatını itirib, 11 nəfər ağır yaralanıb.
Yanğın Altındağ rayonunda, Suriya əsilli qaçqınların qaldığı ikimərtəbəli binada, səhər saatlarında meydana gəlib.
Hadisə yerinə yanğınsöndürənlər, təcili tibbi yardım xidməti və polis əməkdaşları cəlb edilib.
Yanğın söndürülüb.