1300 il yaşı olan Tövrat    müsadirə olunub - FOTO 
    
                          
     
                         28.03.2019
 
    
                        										Türkiyənin təhlükəsizlik xidmətinin əməkdaşları Afyonkarahisar vilayətində 1300 il yaşı olan Tövrat nüsxəsini müsadirə ediblər.
"Dövran Media" bildirir ki, Azərtac-ın Anadolu agentliyinə istinadən verdiyi xəbərə görə, polis əməkdaşları yəhudilərin müqəddəs kitabının ən qədim nüsxələrindən birini adı açıqlanmayan şəxsin avtomobilini yoxladıqları zaman aşkar ediblər. Türkiyə milli təhlükəsizlik xidmətinin göstərişi ilə avtomobilin sahibinin və həbs edilmiş daha 5 nəfərin adları gizli saxlanılır.
Dəri səhifələrdə yazılmış mətni və qalın dəri üzlüyü olan kitabın dəyərinin milyonlarla dollar olduğu bildirilir.