06 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Qazaxıstan prezidenti ilk səfərini Rusiyaya edəcək

28.03.2019

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilk xarici səfərini aprelin 3-də Rusiyaya edəcək.
Azərtac-ın "Kazinform” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə respublika prezidentinin mətbuat xidməti məlumat yayıb.
Kaşım-Jomart Tokayev rəsmi səfər zamanı Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.
Mətbuat xidmətindən verilən məlumata əsasən, siyasi, iqtisadi-ticarət və mədəni-humanitar sahələrdə ikitərəfli əməkdaşlıq, həmçinin aktual regional və beynəlxalq mövzular Qazaxıstan və Rusiya prezidentlərinin görüşünün gündəliyini təşkil edəcək. Səfər çərçivəsində bir sıra ikitərəfli sənədlərin imzalanacağı da gözlənilir.