06 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ukraynadan Dağlıq Qarabağla bağli QADAĞA - FOTO

28.03.2019

Azərbaycanın Ukraynadakı səfirliyinin səyləri nəticəsində Ukrayna Xarici İşlər Nazirliyinin rəsmi saytında Ukrayna vətəndaşları üçün Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə giriş qaydaları ilə bağlı məlumat yerləşdirilib.
"Dövran Media" Azərtac-a istinadən bildirir ki, xəbərdarlıq məlumatında Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf yeddi rayonuna (Ağdam, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Cəbrayıl və Füzuli) qanunsuz səfərlərin qəti qadağan olunduğu vurğulanır. Bildirilir ki, həmin ərazilərə yalnız Azərbaycanın rəsmi qurumlarının icazəsi ilə səfər etmək mümkündür. Əks halda, qanunu pozan ukraynalılar Azərbaycan üçün "persona non-qrata” elan ediləcək və ölkəyə buraxılmayacaqlar.
Bundan başqa, Ukrayna XİN bəyan edir ki, Azərbaycan hökumətinin icazəsi olmadan qeyd olunan ərazilərdə hər hansı hüquqi və fiziki şəxsin kommersiya işi ilə məşğul olması da qəti qadağandır.