29 04 2024-cu il Bakı 23 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“Bank Respublika”ya yeni sədr təyin edildi - FOTO

28.03.2019

Azərbaycanın aparıcı banklarından biri olan "Bank Respublika” ASC-nin Müşahidə Şurasının növbəti yığıncağı keçirilib.
Yığıncağda Tariyel İsmayılovun Bankın İdarə Heyətinin yeni sədri vəzifəsinə təyin edilməsi barədə qərar qəbul edilib.O, aprelin 2-dən səlahiyyətlərinin icrasına başlayacaq və sədr vəzifəsində Asəf Namazovu əvəz edəcək. "Bank Respublika”nın inkişafında böyük əməyi olan A.Namazov tutduğu vəzifədən öz xahişi əsasında azad edilib və peşəkar fəaliyyətinə digər biznes qurumunda davam edəcəkr.
Bank sahəsində böyük təcrübəyə malik olan T.İsmayılov, daha öncə "AccessBank” QSC-də İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışıb. O, "İqtisadiyyatın hüquqi tənzimlənməsi” ixtisası üzrə ali təhsil alıb, ailəlidir, 2 övladı var.
Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və yaxud 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz./report/