29 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“Beşiktaş” 6 milyonu RƏDD ETDİ

28.03.2019

İtaliyanın "Cenoa" klubu Türkiyə millisinin və "Beşiktaş"ın futbolçusu Dorukhan Toközə "elçi düşüb".
"Dövran Media" xəbər verir ki, A Seriyası təmsilçisi 22 yaşlı yarımmüdafiəçi üçün menecerlər vasitəsilə İstanbul təmsilçisinə 6 milyon avro təklif edib. "Beşiktaş" isə bu təklifi rədd edib. Bildirilib ki, "Cenoa" oyunçu üçün mövsümün sonunda daha yüksək bir məbləğ təklif edərsə, klublar danışıqlara başlaya bilər.
Qeyd edək ki, Dorukhan Toköz 2018-ci ilin iyul ayında "Əskişəhərspor"dan azad agent kimi "Beşiktaş"a keçib. O, Türkiyə millisinin AÇ-2020-nin seçmə mərhələsində səfərdə Albaniyanı 2:0, evdə Moldovanı 4:0 hesabı ilə məğlub etdiyi matçlarda meydanda olub. Bu mövsüm "Beşiktaş"ın heyətində 19 oyunda iştirak edən yarımmüdafiəçi 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.