Putin hansı səs faizindən razı qalacağını dedi  - VİDEO 
    
                          
     
                         18.03.2018
 
    
                        					Moskvadakı seçki məntəqələrindən birində səs verdikdən sonra Vladimir Putin jurnalistlərin suallarını cavablandırıb.
Dövran Media "LifeShot” telegram-kanalına istinadən xəbər verir ki, hansı səviyyədə səs faizindən razı qalacağı ilə bağlı sualı Rusiyanın hazırkı prezidenti belə cavablandırıb: "Vəzifələrimi icra etməyə imkan verəcək istənilən faiz”.
Dövlət başçısı onu da əlavə edib ki, bu gün istirahət etməyi planlaşdırmır və işgüzar görüşlər keçirəcək.