29 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

MM bu quruma səlahiyyət verməkdən imtina etdi

28.03.2019

"Banklar haqqında” qanuna dəyişiklikləri nəzərdə tutan qanun layihəsi Milli Məclisin (MM) sabah, martın 29-da keçiriləcək plenar iclasının gündəliyindən çıxarılıb.
Buna səbəb qanun layihəsində Maliyyə Bazarlarına Nəzarət Palatasına verilməsi nəzərdə tutulan səlahiyyətin mübahisəli olması olub.
Belə ki, dəyişikliklə bank faizlərinin yuxarı həddinin məhz Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən müəyyənləşdirilməsi nəzərdə tutulurdu ki, bu da mövcud prosedurlara və qaydalara uyğun gəlmir.
Bu məsələnin adıçəkilən Palatadan daha çox, Mərkəzi Bankın səlahiyyətində olduğu nəzərə alınaraq, dəyişiklik məqsədəuyğun hesab edilməyib və qanun layihəsi son anda gündəlikdən geri çəkilib.