29 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Adil Əliyevdən "Diqlas"ın onlara aid edilməsi ilə bağlı - SƏRT AÇIQLAMA

27.03.2019

"Məhərrəm Əliyevin "Diqlas” və ümumiyyətlə, ticarətlə bağlı heç bir obyektlə əlaqəsi yoxdur”.
"Dövran Media" xəbər verir ki, bunu millət vəkili Adil Əliyev bildirib. Millət vəkili hadisədən sonra qardaşı, ədliyyə nazirinin müavini Məhərrəm Əliyevin adının hallanmasına münasibət bildirb: "26 mart tarixində Bakının Nizami rayonu ərazisində yerləşən "Diqlas” Ticarət Mırkəzində baş verən yanğınla əlaqədar böyük qardaşım Məhərrəm Əliyevin adının hallanmasına görə münasibət bildirmək istəyirəm. Dayımız oğlu Nadir Əzizova gəlincə, onun ticarət mərkəzinin adı "Ramal”dır. Bu ticarət mərkəzi Əzizovlar ailəsinə məxsusdur. Hər kəsin obyekti, istər "Diqlas”, istərsə də, "Ramal” özlərinin sağlığına qismət olsun.
Bizim qürurumuz, namusumuz şərəfimizdir. Kimsə istər bilərəkdən, istər bilməyərəkdən yalan məlumat yayırsa, onun namusu, vicdanı və şərəfi sual altındadır”.
Qeyd edək ki, martın 26-da paytaxtın Nizami rayonu ərazisindəki "Diqlas" ticarət mərkəzində güclü yanğın olub. Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, yanğın zamanı ümumilikdə 11 nəfər xəsarət alıb. Xəsarət alanlardan 8 nəfər Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşı, 2 nəfər mühafizə xidmətinin əməkdaşı, 1 nəfər isə sıravi işçi olub. /ONA/