Prezidentlə baş nazirin görüş yeri və vaxtı açıqlanıb  
    
                          
     
                         27.03.2019
 
    
                        Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın növbəti görüşünün yeri və vaxtı açıqlanıb.
"Dövran Media" Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən trend-ə verilən məlumata əsasən bildirir ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin təklifi əsasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə müzakirələr aparmaq məqsədilə 29 mart tarixdə Avstriyanın paytaxtı Vyana şəhərində görüşünün keçirilməsi barədə razılıq əldə olunub.