09 05 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İngilislərdən Rusiyaya GÖZ DAĞI+VİDEO

18.03.2018

Böyük Britaniya ilə Rusiya arasında gərginliyin hökm sürdüyü bir vaxtda rəsmi Londondan Moskvaya qarşı daha bir həmlə gəlib.
"Dövran Media" xəbər verir ki, Böyük Britaniyaya məxsus "HMS Trechant” nüvə sualtı qayığı Şimal Buzlu okeanında buz təbəqəsini qıraraq su üzünə çıxıb.
Məlumata görə, Britaniyanın bu addımı keçmiş rus casusu Skripal və qızının İngiltərədə zəhərlənməsinin ardından başlayan gərginliyin davamı olaraq atılıb.
İngiltərə mətbuatında böyük həyəcana səbəb olan bu həmlə "Soyuq müharibə” və "Buzqıran” başlıqları ilə təqdim edilib.
Qeyd edək ki, Böyük Britaniyanın 23 rus diplomatını ölkədən qovacağını açıqlamasının ardından Rusiya da ingilis diplomatlarını deportasiya edəcəyini açıqlamışdı.