25 08 2025-cu il Bakı 29 ℃
DM RADİO
Onlİne xəbər
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

Polkovnik danışdı: Yanğın niyə geniş yayıldı?

26.03.2019

Yanğın barədə məlumat səhər saat 08:12 dəqiqədə daxil olub. Yanğının söndürülməsinə 100-dən çox şəxsi heyət, 20-dən çox yanğınsöndürən maşın cəlb olunub.
Report-un hadisə yerində olan əməkdaşı xəbər verir ki, bunu Dövlət Yanğından Mühafizə Xidmətinin Qərargah rəisi polkovnik Əkbər Novruzov deyib.
O bildirib ki, hazırda yanğınn səbəbləri araşdırılır. Bu barədə məlumat veriləcək.
Ə.Novruzovun sözlərinə görə, yanğın təxminən 2 hektara yaxın ərazini əhatə edib. Hadisə nəticəsində dörmərtəbəli "Diqlas" Ticarət Mərkəzi ilə yanaşı, ətrafda olan obyektlər də yanıb:
"Ticarət mərkəzində heç bir nizamlı iş olmayıb. Binada daxili yanğınsöndürmə sistemləri yoxdur, ərazidə su çatışmır. Obyekt rəhbərliyi tərəfindən yanğın təhlükəsizliyi qaydalarına əməl olunmayıb. Ona görə də yanğın geniş yayılıb".