28 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Diqlas yanır: Helikopterlər cəlb edildi, xəsarət alanlar var - VIDEO

26.03.2019

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda ticarət obyektində başlayan yanğınla bağlı məlumat yayıb.
FHN-dən bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nizami rayonu ərazisində ticarət və digər təyinatlı obyektlərin yerləşdiyi ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Çağırış ünvanına cəlb olunan Fövqəladə Hallar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən yanğınsöndürmə işləri və digər təxirəsalınmaz tədbirlər görülür. Əlavə məlumat veriləcək.

***
Bakının 8-ci kilometr adlanan ərazisindəki "Diqlas” Ticarət Mərkəzində başlayan yanğın güclənib.

Report-un məlumatına görə, yanğının yaxınlıqdakı yaşayış binasına keçməsi təhlükəsinin qarşısı alınıb. Alov elektrik naqillərini də sıradan çıxarıb. Ərazidəki insanlardan bir neçəsi tüstüdən zəhərlənib, onlar təcili tibbi yardım maşınları ilə xəstəxanaya aparılıblar
***
Bakı şəhərinin Nizami rayonu ərazisində ticarət və digər təyinatlı obyektlərin yerləşdiyi ərazidə davam edən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin 2 helikopteri cəlb olunub.
***
Nizami rayonu ərazisindəki "Diqlas" ticarət mərkəzində baş verən yanğının söndürülməsi işləri davam etdirilir.
Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin 10-dan çox yanğınsöndürmə briqadası cəlb olunub.
Binadan təxliyə işləri başa çatdırılıb.
Ətraflı məlumat verəcək.
***
Bakının 8-ci kilometr adlanan ərazisindəki "Diqlas” Ticarət Mərkəzində baş verən yanğınla əlaqədar hazırda Qara Qarayev prospektində hərəkət məhdudlaşdırılıb.
Bu barədə Bakı Nəqliyyat Agentliyi (BNA) məlumat yayıb.
Qeyd edilir ki, bu səbəbdən prospektin həmin hissəsindən keçən müntəzəm marşrut xətləri üzrə avtobuslar B.Çobanzadə küçəsindən keçməklə hərəkət edir.
***
Yanğın zamanı FHN-nin əməkdaşı xəsarət alıb. O, sağ əlin kəsilmiş yarası ilə 3 saylı Sabunçu xəstəxanasına yerləşdirilib.
Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Yanğında 10 nəfərin də tüstüdən zəhərləndiyi bildirilir.