21 09 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

İrandakı fəlakət azərbaycanlı fəalları hərəkətə gətirib

25.03.2019

Novruz bayramı günlərində İranın Türkmənsəhra bölgəsini sel bürüməsi və ölkə rəhbərliyinin bu məsələyə laqeyd qalması azərbaycanlı fəalları hərəkətə gətirib.
"Dövran Media" axar.az-a istinadən xəbər verir ki, Güney Azərbaycanın əksər şəhərlərində yardım toplama mərkəzləri təşkil olunub. Dövlətin yüksək rütbəli şəxsləri bölgəyə getmədiyi bir vaxtda Ərdəbil şəhərindən birinci yardım karvanı sel bölgəsinə göndərilib və bu istiqamətdə fəaliyyətlər davam edir.
Azərbaycanlı fəallar oxşar mərkəzləri Marağa, Urmiya, Zəncan, Sulduz, Xoy, Quşçu, Mərənd, Yamçı, Makı, Qoşaçay, Şot, Məlikan və s. kimi şəhərlərdə yaradıblar.
Fəallarla yanaşı bir çox peşə adamları, o cümlədən idmançılar da yardım aksiyasına biganə yanaşmayıb. Güneyli idmançı Mustafa Quluzadә türkmәn soydaşlarımıza dәstәk çağrışı yayıb.
Artan yardımlar türkmənlərin güzəranına az da olsa təsirini göstərir.