36 min şagird  imtahandadır 
    
                          
     
                         18.03.2018
 
    
                        Dövlət İmtahan Mərkəzi (DİM) 30 şəhər və rayonda ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsini, 23 şəhər və rayonda isə ilk peşə-ixtisas təhsili müəssisələrinin sonuncu sinfində təhsil alan şagirdlər üçün buraxılış imtahanı keçirir.
DİM-in mətbuat xidmətindən verilən məlumata görə, bu gün ümumilikdə 36 613 şagirdin imtahan verəcəyi nəzərdə tutulur.
İmtahanların keçirilməsi üçün ümumilikdə 127 imtahan mərkəzi ayrılıb.
"DM"