28 04 2024-cu il Bakı 23 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Gimnastımız Fransada 2 medal qazandı

25.03.2019

Fransanın Korbel-Esson şəhərində bədii gimnastika üzrə beynəlxalq turnir keçirilib. Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, yarışda ölkəmizi Veronika Qudis, Darya Sorokina, Nərmin Bayramova, Arzu Cəlilova və Nərminə Səmədova təmsil ediblər.
Gimnastlarımızdan gənclər arasında mübarizə aparan A. Cəlilova lent və gürzlərlə çıxışı ilə fərqlənərək, millimizin hesabına iki bürünc medal yazdırıb. Təmsilçimizin iplə çıxışı isə onu 6-cı edib.
Digər final mərhələsində daha bir gimnastımız N. Bayramova top ilə öz gücünü sınayıb və nəticədə 5-ci olub.
Böyüklər arasında isə Veronika yarışı top ilə 6-cı, Darya isə gürzlərlə 7-ci yerdə başa vurub.