03 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Keçmiş prezident evini kirayəyə verir - QİYMƏT

24.03.2019

Gürcüstanın sabiq prezidenti şəxsi kottecini günü 80 dollardan kirayəyə verir. Sabiq prezident kottecin kirayəçilərinə həyətdə yetişdirdiyi meyvə-tərəvəzlərdən də dadmağı təklif edir.
Bu barədə "Sputnik-Gürcüstan” məlumat yayıb.
Məlumatda bildirilir ki, G.Marqvelaşvili kotteci iki il əvvəl özü tikib. Kottec sabiq prezidentin ailəsinin yaşadığı bağdakı evinin yaxınlığında yerləşir. Evdəki mebellərin çoxunu da məhz G.Marqvelaşvili özü hazırlayıb.
Kotteci turistlərə icarəyə vermək ideyası eks-prezidentin xanımına məxsus olub.
Kottecin bir günlük kirayə haqqı 80 dollardır.
G.Marqvelaşvili prezident müddəti başa çatandan sonra Gürcüstan İnstitutunda siyasət mövzusunda mühazirə oxuyur.
Arzu edənlər "Airbnb” xidməti üzərindən bu evi kirayələyə bilərlər. Artıq ilk qonaqlar sifarişlərini veriblər. Bu ayın sonunda fransalı turistlər sabiq prezidentin qonağı olacaqlar.