03 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Generallar sərhəddə: Hücuma hazırlıq

24.03.2019

Türkiyənin Müdafiə naziri Hulusi Akar, Baş Qərargah rəisi Yaşar Gülər və Quru Qoşunlarının komandanı Ümid Dündarın Suriya ilə sərhəddə hərbi hissələrin komandirləriylə görüşməsi yaxın zamanda Menbiç əməliyyatının başlanacağının anonsudur.
Bu sözləri açıqlamasında politoloq Əhəd Məmmədli deyib. O bildirib ki, bu əməliyyat onsuz da çox uzanıb:
"Türkiyə ordu rəhbərliyinin Suriya ilə sərhəddə verdiyi mesajlar onu göstərdi ki, növbəti hədəf Menbiç bölgəsidir. Türk əsgərləri tərəfindən Menbiç PKK-çı terrorçulardan azad ediləndən sonra Şimali Suriyanın qalan hissəsi də yaxın zamanda ekstremistlərdən təmizlənəcək. Menbiçlə Fərat çayının qərb hissəsi terrorçulardan təmizlənəndən sonra əsas məqsəd çayın şərq hissəsi olacaq”.
Politoloq vurğulayıb ki, Türkiyə-Suriya sərhədi boyunca tampon bölgənin qurulması yönündə Menbiçin azad edilməsi mütləqdir:
"Düşünürəm ki, 31 martda keçiriləcək bələdiyyə seçkilərindən dərhal sonra türk ordusu Şimali Suriyada növbəti antiterror əməliyyatını aparacaq. Türk dövləti Suriyada hərbi əməliyyat aparmağa tələsməlidir. Menbiçdən sonra Türkiyə dünya və region dövlətlərinə Suriya mövzusunda nə qədər ciddi olduğunu göstərəcək. Müdafiə naziri Hulusi Akarın mesajlarından başa düşmək olur ki, amerikan hərbi kontingenti verdiyi sözə əməl etməsə və Suriyadan çıxmasa belə, türk əsgəri Suriyada antiterror əməliyyatına başlayacaq. Menbiç Afrinin davamı olmalıdır, Menbiçin davamı Şimali Suriya olacaq. Şimali Suriyanın davamı isə bəlkə də bütün Suriya oldu. Sonuncu məqsəd türk dövlətinin nə qədər tez qızıl alma hədəfinə çatmasından asılı olacaq”.