09 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

175 nömrəli avtobus aşdı, yaralılar var - FOTOLAR

06.01.2018

Bakıda sərnişin avtobusu aşıb.

Hadisə Zığ şosesində baş verib. 175 nömrəli marşrut üzrə hərəkət edən avtobusun dərəyə aşması nəticəsində xəsarət alanların olduğu bildirilir. Xəsarət alanlar təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılıb.

Hadisəyə səbəb kimi avtobusun yüksək sürətlə idarə edilməsi göstərilir.

Sərnişin avtobusunun qəzaya uğraması nəticəsində xəsarət alanların sayı açıqlanıb.

ilkin məlumatlarda hadisə nəticəsində 14 nəfərin xəsarət aldığı bildirilir. Onlardan ikisi azyaşlıdır.

Xəsarət alanlar 3 saylı şəhər Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan bildirilib kİ, hazırda onlara müvafiq tibbi yardım göstərilir.

Xəsarət alanlardan 12 nəfər xəstəxanaya yerləşdirilib.

Bunu APA-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova deyib.

L. Bayramova onların 3 saylı şəhər Xəstəxanasına yerləşdirildiyini və tibbi yardım göstərildiyini təsdiqləyib.

Faktla bağlı araşdırma aparılır. /apa/