Gürcüstanda kanat yolunda faciə  - VİDEO 
    
                         
     
                         17.03.2018
 
    
                        Gürcüstanın Qudauri xizək kurortunda kanat yolu sıradan çıxıb.
"Dövran Media"nın xəbərinə görə, hadisə nəticəsində 10-dan çox insan xəsarət alıb.
İlkin məlumatlara əsasən, qəzaya elektrik enerjisinin kəsilməsi səbəb olub.
Hadisə yerinə çoxlu sayda xilasedicilər gəlib.