05 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

"Bakı Bus" avtobusları toqquşdu

21.03.2019

Bu gün Bakı Bus MMC-yə aid iki sərnişin avtobusunun iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib.
"Dövran Media" xəbər verir ki, bu barədə BNA məlumat yayıb.
Hadisə səhər saat 6 radələrində avtobuslar Yasamal rayonu istiqamətində başlanğıc dayanacağa gedərkən Nəsimi rayonu Ü.Hacıbəyov küçəsində qeydə alınıb.
Hadisə zamanı avtobuslarda sərnişin olmayıb, sürücülər isə xəsarət almayıb. Ehtiyat tədbiri üçün hadisə yerinə ərazi üzrə Nəsimi rayon Dövlət Yanğından Mühafizə hissəsinin briqadası gəlsə də, hər hansı bir yanğın hadisəsi qeydə alınmayıb.
BNA-dan bildirilib ki, "İveko” markalı sərnişin avtobusunun yanması ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil.