29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“Bakı Metropoliteni” gücləndirilmiş iş rejiminə keçir

18.03.2019

Novruz Bayramı günlərində Bakı Metropoliteni QSC gücləndirilmiş iş rejimində çalışacaq.
Bunu qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
Onun sözlərinə görə, bayram günləri əlavə işçi qüvvəsi və texniki vasitələr cəlb ediləcək:
"Əlavə texniki vasitələr dedikdə əsasən əlavə qatarları nəzərdə tuturuq. Zərurət yarandığı halda ehtiyat qatarlar xəttə buraxılacaq. Bütün stansiyalarda isə əlavə növbətçilik rejimi olacaq”.
Metropoliten rəsmisi gücləndirilmiş iş rejiminin martın 20-dən başlayaraq həftəsonuna qədər davam edəcəyini qeyd edib.