29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“Bakı Fəhləsi” maşınqayırma zavodu özəlləşdirilir

18.03.2019

"Bakı Fəhləsi maşınqayırma zavodu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) özəlləşməsi üzrə investisiya müsabiqəsi elan olunub.
Əmlak Məsələləri Dövlət Komitəsindən bildirilib ki, qurum ASC-nin özəlləşməsi üzrə investisiya müsabiqəsi elan edib.
İddiaçılar qarşısında qoyulan şərtlərdən başlıcası müəssisəyə investisiya qoyuluşuna dair təkliflərin verilməsi, iş yerlərinin bərpası və yeni iş yerlərinin açılması, istehsal prosesinə müasir texnologiyaların tətbiqi, istehsal olunan məhsulun çeşidinin genişləndirilməsi, yerli xammaldan istifadə olunması, işçilərin sosial təminatı kimi məsələlərin həllidir.
Müsabiqənin qalibləri nəticələr haqqında protokol təsdiq olunduğu tarixdən 30 gün müddətində səhmdar cəmiyyətinin səhmlərinin alqı-satqı müqaviləsini imzalamalı, imzalandığı tarixdənn 60 təqvim günü müddətində əmək haqqı və ona bərabər tutulan borclar üzrə ödənişləri həyata keçirməli, 120 təqvim günü müddətində təklif etdiyi pul vəsaitini dövlət büdcəsinə köçürməlidirlər. Həmçinin, öhdəlik götürəcəyi sayda, lakin 150-dən az olmayaraq, yeni iş yerinin yaradılmasını, 30 təqvim günü müddətində bu layihənin icrası ilə əlaqədar cəlb olunmuş məsləhətçi şirkətinə 4 min 720 manat məbləğində vəsaitin ödənilməsini və digər müqavilədə göstərilən şərtləri həyata keçirməlidirlər.