29 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Tramp Kim Çenlə niyə razılaşmadı? - SƏBƏB

18.03.2019

Şimali Koreya lideri Kim Çen İn Hanoy şəhərində ABŞ Prezidenti Donald Trampla son görüşündə Yonbendə yerləşən nüvə mərkəzinin məhvinə hazır olduğunu açıqlayıb, lakin məhv ediləcək obyektlərin konkret siyahısını deməkdən imtina edib.
"Dövran Media" xəbər verir ki, məhz bu səbəbdən Vyetnamda keçirilən ABŞ-Şimali Koreya sammiti uğursuzluğa düçar olub.
Yonbendəki nüvə mərkəzində 1986-cı ildə tikilmiş Şimali Koreyanın yeganə aktiv nüvə reaktoru, həmçinin hərbi məqsədli plutonium istehsalı və uranın zənginləşdirilməsi üçün zavod yerləşir. Bundan əlavə ABŞ və Cənubi Koreya Yonbendə bir sıra yeraltı obyektin olması iddiası ilə çıxış edirlər.
ABŞ-Şimali Koreya görüşündə Pxenyan təmsilçiləri Yonbendəki bütün gücün məhv edilə biləcəyini qeyd etsələr də, buradakı obyektlərin tam siyahısını təqdim etmək və obyektlərin yerləşdiyi ərazini göstərməkdən imtina ediblər. Şimali Koreya tərəfi eyni zamanda gizli saxlandığı iddia edilən Kanson uran zavodunun mövcudluğunu inkar edib.
Qeyd edək ki, ABŞ və Şimali Koreya liderlərinin ikinci sammiti 27-28 fevralda Vyetnamda keçirilib.