29 04 2024-cu il Bakı 23 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Güclü küləklə bağlı - XƏBƏRDARLIQ

18.03.2019

Bakı Şəhər İcra Hakimiyyəti güclü külək ilə bağlı paytaxt sakinlərinə və sürücülərə xəbərdarlıq edib.

Qurumun Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov  açıqlamasında bildirib ki, hazırda Bakıda güclü külək müşahidə olunur: 

"Sürücülərə, vətəndaşlara diqqətli olmalarını məsləhət görürük. Sürücülərdən xahiş edirik ki, avtomobillərini irigövdəli və hündür ağacların altında saxlamasınlar”.

O.Məmmədov qeyd edib ki, hazırda paytaxtın bir neçə yerindən ağac qırılması ilə bağlı məlumat gəlib və birlik əməkdaşları hadisə yerlərinə yollanıblar.

"Küləyin törətdiyi fəsadlarla bağlı dəqiq məlumat əldə olunacaq. Birlik bu gündən etibarən gücləndirilmiş iş rejiminə keçib”, - deyə Orxan Məmmədov qeyd edib.

Məlumat üçün bildirək ki, martın 18-də Bakıda güclü şimal-qərb küləyi əsəcək.

Havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Axşam bəzi yerlərdə çiskin olacağı ehtimalı var.