Sorğunun nəticələri   onu məyus etdi 
    
                          
     
                         17.03.2019
 
    
                        Venesuelanın "Meganálisis” şirkəti əhali arasında sorğu keçirib.
Gazeta.ru saytının məlumatına görə, sorğunun nəticələrinə əsasən əhalinin 88,9 faizi Nikolas Maduronu prezident postunda görmək istəmədiyini açıqlayıb.
Respondentlərin yalnız 8,8 faizi Maduronun vəzifədə qalmasını məqsədəuyğun saydığını bildirib.
Eyni zamanda məlum olub ki, venesuelalıların 87,5 faizi müxalifət lideri Xuan Quaydonun xarici humanitar yardımı ölkəyə buraxmaq niyyətini dəstəkləyir. Bunun əleyhinə isə əhalinin 9 faizi çıxış edir.