25 08 2025-cu il Bakı 31 ℃
DM RADİO
Onlİne xəbər
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

"Rədd ol, Kürdüstana" - Ərdoğan əsəbləşdi

17.03.2019

"Türkiyədə Kürdüstan deyilən bir bölgəmi var? Bizim 7 bölgəmiz var. Güneydoğu Anadolu bölgəmiz, Doğu Anadolu bölgəmiz, Karadənizimiz, Akdənizimiz, Orta Anadolu bölgəmiz, Egemiz, Mərmərəmiz. Bundan kənarda bir bölgəmiz yoxdur.Kürdüstan var. Harada var? İraqın şimalında var. Çox sevirsənsə, rədd ol, Şimali İraqa get, orada yaşa".
"Dövran Media" xəbərinə görə, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan HDP həmsədri Sezai Təməllinin "Kürdüstanda səslər HDP-yə veriləcək" bəyanatına cavab olaraq bildirib.
"Sənə kimsə zorla "burada qal" demir. Amma ölkəmizi parçalaya bilməzsiniz. Buna fürsət vermədik və verməyəcəyik", - Ərdoğan vurğulayıb.