04 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Prezident Əli İnsanovu ƏFV ETDİ

16.03.2019

Prezident İlham Əliyevin bu gün imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı əsasında azad edilənlər arasında bir sıra tanınmış şəxslər də var.
"Dövran Media" xəbər verir ki, Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Gözəl Bayramlı (1962-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Qazax Rayon Məhkəməsinin 2018-ci il 23 yanvar tarixli hökmü ilə məhkum edilib) AXCP üzvü, partiya funksioneri Natiq Ədilovuun qardaşı Murad Ədilov (1983-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2015-ci il 14 may tarixli hökmü ilə məhkum edilib) və sabiq səhiyyə naziri Əli İnsanov (1946-cı ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2017-ci il 26 aprel tarixli hökmü ilə məhkum edilib) cəzasının çəkilməmiş hissəsindən azad olunublar.
Bundan əlavə sərəncamla AXCP sədrinin digər müavini Fuad Qəhrəmanlı, "Nida" Vətəndaş Hərəkatının üzvü İlkin Rüstəmzadə, Qiyas İbrahimov və Bayram Məmmədov, habelə blogger Rəşad Ramazanov, dini fəal Nicat Əliyev də əfv edilib.