04 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Terrorçunun erməni dilindəki qeydinə ermənilər reaksiya verdi

16.03.2019

Ermənistan Xarici İşlər Nazirliyi Yeni Zelandiyadakı teraktla əlaqədar bu ölkənin hökumət orqanlarıyla əlaqədədir.
"Dövran Media" xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Yeni Zelandiyadakı teraktda istifadə olunan silahın üzərində erməni dilində yazıların qeyd olunmasına münasibət bildirərkən deyib.
Qeyd edək ki, Yeni Zelandiyada iki məscidə hücum olub. Hücum nəticəsində 49 nəfər həlak qətlə yetirilib, 48 nəfər yaralanıb. Hücumu həyata keçirən şəxs öz silahının üzərində erməni, ispan, ingilis, serb, polyak və s. dillərdə yazılar əks olunub.
Erməni dilində "Sarıqamış Qəhrəmanlığı” yazılıb ki, bu ifadə Sarıqamış döyüşünü önə çəkir. Bu döyüş I Dünya müharibəsi zamanı - 1914-cü ilin dekabrında Rus Qafqaz ordusu ilə Osmanlı qoşunları arasında baş verib və Osmanlının 3-cü ordusunun ağır məğlubiyyəti ilə nəticələnib.
Qeyd edilən yazıların hər biri anti-türk və anti-müsəlman xarakterli olub.