05 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Daha bir məscidə hücum - VİDEO

16.03.2019

İngiltərənin paytaxtı London şəhərində Əşaadibi məscidinə hücum olub.
Dövran Media Teleqraf.com-a istinadla xəbər verir ki, bir irqçi qrup məscidin qarşısında dayanmış müsəlmanlara çəkic və dəyənəklərlə hücuma keçib.
İslam dini əleyhinə şüarlar səsləndirən irqçilər müsəlmanları söyərək avtomobillə hadisə yerindən uzaqlaşıblar. Polisə xəbər verən müsəlmanlar isə onların aradan çıxmasına mane olmağa çalışıblar.
Hücuma məruz qalanlar arasında 27 yaşlı bir gəncin yaralandığı bildirilib. Polis hadisədən dərhal sonra axtarışa başlayıb.
Qeyd edək ki, ötən gün Yeni Zelandiyada iki məscidə silahlı hücum edən şəxs 49 nəfəri qətlə yetirib, 48 nəfər yaralanıb.