Dehli və Mumbaydan Bakıya   aviareyslər açılır 
    
                          
     
                         15.03.2019
 
    
                        Bu ilin may ayında Hindistanın büdcəli aviaşirkəti olan "IndiGo Airlines” Dehli və Mumbay şəhərlərindən Bakıya birbaşa aviareyslər açacaq.
 Etibarlı mənbədən ONA-ya verilən məlumata görə, hazırda Azərbaycan və Hindistan tərəfləri uçuşların sayı və günləri məsələlərini müzakirə edir.
Qeyd edək ki, "IndiGo Airlines”ın aviaparkı "Airbus” təyyarələrindən ibarətdir.