05 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İranlı nazir: "Azərbaycan və İran birgə müəssisələr yaradacaq"

15.03.2019

Azərbaycan və İran arasında müştərək şirkətlərin yaradılmasına dair razılıqlar əldə olunub.
"Dövran Media"nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında İranın iqtisadi işlər və maliyyə naziri Fərhad Dejpəsənd deyib.
Onun sözlərinə görə, hazırda müştərək layihələr icra olunmaqdadır: "Bəzi layihələrin maneələrlə üzləşməsinə baxmayaraq, bu maneələrin aradan qaldırılması üçün lazımi qərarlar verilib və bununla da sözügedən layihələr öz icrasını davam etdirəcək”.
Nazir onu da bildirib ki, bu gün keçirilən Azərbaycan-İran Hökumətlərarası Komissiyanın iclasında müzakirə olunan məsələlərin sırasında dəmir yolunun tikintisi, enerji sahəsində "Xudafərin-Qız Qalası" hidroqovşağın təkmilləşdirilməsi də var idi ki, bunlarla da bağlı müəyyən qərarlar qəbul olunub.
"Ümidvarıq ki, bugünkü iclasın protokolunun maddələrini icra etməklə, biz ikitərəfli əlaqələrimizi daha da genişləndirəcək bilərik. Qeyd edim ki, biz eləcə də kənd təsərrüfatı, torpaqların müştərək şəkildə becərilməsi barədə razılığa gəldik. Sənaye sahəsində də razılaşmalar əldə olunub. Eləcədə bank və sığorta sahəsində əlaqələrin genişləndirilməsi üçün biz müzakirələr apardıq və bəzi qərarlar qəbul etdik", - deyə nazir bildirib.