05 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rektorun müşaviri işdən çıxarıldı

15.03.2019

Bakı Dövlət Universiteti (BDU) rektorunun müşaviri işdən çıxarılıb.
Report-un əldə etdiyi məlumata görə, müvafiq əmrlə kimya elmləri doktoru, professor İsmayıl Əliyev ali məktəbin rektorunun ümumi məsələlər üzrə müşaviri vəzifəsindən azad edilib.
Onun işdən çıxarılması bir neçə gün əvvəl olub və bununla bağlı əmri həmin dövrdə BDU-nun rektoru vəzifəsini icra edən, təhsil nazirinin müavini Firudin Qurbanov imzalayıb.
Qeyd edək ki, İ.Əliyev 2014-cü ildən bu vəzifədə çalışırdı. Onu müşavir vəzifəsinə BDU-nun həmin dövrdə rektoru olan akademik Abel Məhərrəmov təyin etmişdi.
İ.Əliyev BDU rektorunun müşaviri olmaqla yanaşı universitetin Həyat fəaliyyəti təhlükəsizliyi kafedrasının müdiri vəzifəsini də tuturdu. O, hazırda kafedra müdiri vəzifəsində qalır.