05 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

1,3 milyon dollarlıq ƏTİR

14.03.2019

Dubayda kişilər və qadınlar üçün dünyada ən bahalı ətriyyat məhsulu təqdim edilib. Onun qiyməti 4,7 milyon dirhəmdir (1,3 milyon dollar).
"Nabeel Perfumes” şirkətlər qrupunun məşhur ətriyyat brendlərindən biri - "Spiritof Dubai Parfums” dünyada ən bahalı ətri - "Shumukh”ini təqdim edib. Unikal məhsulu yalnız "Dubai Mall” ticarət mərkəzindəki "Fashion Avenue”də "ART+” ekspozisiyası çərçivəsində görmək olar.
Şirkətin məlumatında deyilir ki, dəbdəbə və nəfislik timsalı olan "Shumukh" zərgərlik və ətriyyat sənəti nümunəsidir. Ətir qabı ümumi çəkisi 38,55 karat olan 3,5 min brilyantla, habelə topaz və mirvari ilə bəzədilib. Flakonun tərkibi 2 479,2 qram xalis qızıldan və 5 892,88 qram xalis gümüşdən ibarətdir.
"Shumukh” ətrinin yaradılmasına üç ildən çox vaxt sərf olunub. Ətir Yer kürəsinin ən ucqar guşələrindən olan ən yaxşı təbii inqrediyentlərdən yaradılıb. Burada kəhrəba, Səndəl ağacı, Türkiyə qızılgülü, ilanq-ilanq, büxür notları duyulur.
Ətirin konsepti "Nabeel Perfumes” şirkətlər qrupunun sədri və baş ətriyyatçısı Asqar Adəm Əliyə məxsusdur. Onun ideyalarını İsveçrə, İtaliya və Fransadan olan tanınmış ustalar həyata keçiriblər.