09 10 2025-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
03/09/2025
02/09/2025
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

Əsəd 40 min terrorçunu ƏFV ETDİ

14.03.2019

Terror qruplaşmaların üzvü olan 40 min nəfərə yaxın Suriya vətəndaşı hökumət tərəfindən əfv edilib. 
TASS agentliyi xəbər verir ki, bu barədə Suriya Milli Barışıq Təşkilatının rəhbəri Yana Həddurun təqdim etdiyi hesabatda bildirilir. 
Y. Həddurun sözlərinə görə, Suriya höküməti terror qruplaşmalarının nəzarətindəki bölgələrdə olan 6 min qadının həyatını normal şəkildə davam etdirməsinə imkan yaradıb.
Hesabatda 16 min nəfərin itkin düşdüyü qeyd edilib.
Qeyd edək ki, Suriya Milli Barışıq Təşkilatı ötən ilin sonunda yaradılıb. Təşkilat müharibə zamanı yaxınlarını itirmiş insanlara onları tapmaqda kömək edir, ölənlərin siyahısını dəqiqləşdirir və qaçqınlara qanuni sənəd almaqda yardımçı olur. /ona/