08 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Afrin radiosunda bu sözlər eşidildi

15.03.2018

Afrinin mərkəzini mühasirəyə alan Türkiyə ordusu mülki şəxslərin bölgəni tərk etməsi üçün iki kilometrlik dəhliz yaradıb.
"Dövran Media" xəbər verir ki, bununla yanaşı "TRT Kürdcə”nin Afrindəki radio yayımında bölgədə yaşayan vətəndaşlara və məcburi şəkildə terrorçuların sıralarına cəlb edilənlərə çağırış edilib.
"Terror təşkilatına aldanıb, qardaşına atəş açma. Bizdən qorxma, Türkiyə dövlətinin ədalətinə güvən, təslim ol. Afrində sülh və hüzur dolu bir gələcək səni gözləyir”, - çağırışda deyilib.
Qeyd edək ki, TSQ-nin Afrinin mərkəzini mühasirəyə alması terrorçular arasında təşvişə səbəb olub. Artıq bir çox terrorçu PKK-nın sıralarını tərk edib.