05 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“Facebook”dakı problemlə bağlı - AÇIQLAMA

14.03.2019

"Facebook”, "Instagram” və "WhatsApp”ın işində yaranan genişmiqyaslı pozuntuya "DDoS” hücumu (kütləvi müdaxilə yolu ilə sistemi çökdürmək məqsədi daşıyan kiberhücum – red.) səbəb olmayıb.
Bu barədə şirkət nümayəndələri "Twitter”də açıqlama yayıb.
Açıqlamaya görə, şirkətin texniki heyəti hazırda problemlərin aradan qaldırılması üzərində çalışır. Analoji ismarıc "Instagram”ın rəsmi "Twitter” səhifəsində də yayılıb.
"Downdetector” xidmətinin yaydığı informasiyaya görə, "Facebook”, "WhatsApp” və "Instagram”ın işində yaranan pozuntu ilə bağlı şikayətlərin sayı son bir neçə saat ərzində əhəmiyyətli dərəcədə azalıb.
Qeyd edək ki, kütləvi pozuntular sosial şəbəkələrin Azərbaycan seqmentində də müşahidə olunub. "Facebook”da pozuntunun pik vaxtı Bakı vaxtı ilə 19:56-da, "Instagram”da isə 19:00-da qeydə alınıb.